Əsas Səhifə > Sosial > Kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara
Kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara9-02-2020, 10:32 |
Mərkəzi Seçki Komissiyası 8 saylı dairədə bəzi məntəqələrdə kameraların üzərinin örtülməsi ilə bağlı yayılan fotolara münasibət bildirib. Komissiyanın mətbuat katibi Şahin Əsədli "Qafqazinfo"ya bildirib ki, həmin şəkildəki məsələnin MSK-nın quraşdırdığı veb-kameralara heç bir aidiyyatı yoxdur: “Fotoda görünən təhlükəsizlik kameralarıdır. Əvvəllər də təhlükəsizlik kameraları ilə bağlı məsələlərdə narazılıqlar olmuşdu. Buna görə də, bütün seçkilərdə təhlükəsizlik kameralarının ağzı bağlanır ki, insanlar tərəfindən narazılıq olmasın. MSK-nın bütün veb-kameraları hazırda aktivdir". Geri qayıt |