Əsas Səhifə > Sosial > Azərbaycanda minimum əməkhaqqı artırılacaq

Azərbaycanda minimum əməkhaqqı artırılacaq


13-02-2020, 23:59

Azərbaycanda minimum əməkhaqqı artırılacaq - RƏSMİ

Azərbaycanda minimum əməkhaqqının mərhələlərlə artırılması nəzərdə tutulur.

 "AzerTaym.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda qeyd olunub.

Belə ki, layiqli əməyin təmin olunması və qeyri-formal məşğulluğun qarşısının alınması məqsədilə minimum əməkhaqqının mərhələlərlə artırılmasına dair təkliflərin hazırlanması Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat və Maliyyə nazirliklərinə tapşırılıb.


Geri qayıt