Əsas Səhifə > Sosial > Azərbaycanda koronavirusdan ölənin dəfn qaydası
Azərbaycanda koronavirusdan ölənin dəfn qaydası13-03-2020, 19:37 |
Koronavirusdan ölən insanların dəfni ilə bağlı heç bir məhdudiyyət yoxdur və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrində heç bir məlumat qeyd edilməyib. "AzerTaym.az" bildirir ki,bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib. O əlavə edib ki, belə şəxslər ölkənin adət-ənənələrinə uyğun dəfn edilə bilərlər. Onun sözlərinə görə, səhiyyə işçiləri fərdi mühafizə dəstləri ilə təmin edilirlər. ÜST-ün Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı əlavə edib ki, gələn həftə Səhiyyə Nazirliyinə növbəti fərdi mühafizə vasitələri təqdim edəcək. Geri qayıt |