Əsas Səhifə > Sosial > Azərbaycanda işığa qoyulan limit artırılır

Azərbaycanda işığa qoyulan limit artırılır


1-04-2020, 14:07

Azərbaycanda əhali qrupu üçün elektrik enerjisindən güzəştli istifadə limiti 100 kvts. həcmində müddətli artırılır.

 "AzerTaym.az" modern.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin koronavirusun təsirinin azaldılması məqsədilə hazırladığı proqramda qeyd edilib. 

 Məlumat üçün bildirək ki, hazırda ölkədə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün tarif 7 qəpik, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.


Geri qayıt