Əsas Səhifə > Sosial > “Bizim ziyalılar ömrünün axırına yaxın niyə özlərini söydürməyi

“Bizim ziyalılar ömrünün axırına yaxın niyə özlərini söydürməyi


12-04-2020, 16:52

“Bizim ziyalılar ömrünün axırına yaxın niyə özlərini söydürməyi xoşlayır?”

"Görəsən, bizim ziyalılar ömrünün axırına yaxın niyə özlərini söydürməyi xoşlayır?”

Yenisabah.az xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl Xalq artisti Afaq Bəşirqızının gündəmi zəbt edən açıqlamalarına münasibət bildirərkən deyib.

Yazıçı Xalq artistini tənqid edib: “Kimi tərifləyirsən, zayı çıxır. Xalqı, kəndçini tənqid eləmək olar, amma sən əvvəlcə özündə hünər tap, nala-mıxa vurmadan camaatı bu günə qoyanlara sözünü de, sonra kasıb-kusubu qınayarsan...”.

Xatırladaq ki, bir neçə gün öncə verdiyi müsahibədə “Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “Novostroyka”nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük”. – deyə  A.Bəşirqızı  bildirmişdi.

Qeyd edək ki, K.Böyükçölün özü də bir neçə dəfə açıqlamaları ilə qalmaqal yaradıb və heç də hər kəs tərəfindən birmənalı qarşılanmır. 


Geri qayıt