Əsas Səhifə > Sosial > AzTV-də əmək haqlarından tutulmalar kimin
AzTV-də əmək haqlarından tutulmalar kimin21-05-2020, 13:52 |
Dünyada və ölkəmizdə yayılmış məlum koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş xüsusi karantin rejimində ölkə başçısı cənab İlham Əliyevin məlum sərəncamında göstərildiyi kimi, yaşı 65-dən yuxarı olan vətəndaşların işə gəlib-getmələri qadağan olunsa da, onların əmək haqları tam ödənilməlidir. NOCOMMENT.az xəbər verir ki, redaksiyamıza daxil olan məlumata görə, ölkə başçısının bu sərəncamı AzTV-də icra olunmur. Məlumatda bildirirlir ki, mayın 18-də AzTV əməkdaşları əmək haqlarını alarkən, onun beş faizə qədər kəsildiyinin şahidi olublar. AzTV-də bir qrup yaşı 65-dən yuxarı olan əməkdaşlara isə, ümumiyyətlə, əmək haqqı yazılmayıb. Əməkdaşlar bunun səbəbini soruşanda, mühasibatlıqdan – “sədr Rövşən Məmmədovun göstərişidir”, – deyə vurğulayıblar. Aldığımız daha bir məlumatda isə bildirilir ki, əmək haqqının kəsilməsi Rövşən Məmmədova yaxın kadrlara şamil olunmayıb. Geri qayıt |