Əsas Səhifə > Sosial > Azərbaycanda koronavirusla bağlı günün SON

Azərbaycanda koronavirusla bağlı günün SON


17-06-2020, 23:19

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar daha 5700 test aparılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayıb.

Ümumilikdə aparılan testlərin sayı 397 min 399-a çatıb. Aktiv xəstə sayı 4783 nəfər, 146 nəfər reanimasiyadadır, onlardan da 29-u süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyunun 17-də Azərbaycanda koronavirus infeksiyasına daha 329 yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış yeddi nəfər vəfat edib.

"AzerTaym.az"


Geri qayıt