Əsas Səhifə > Sosial > Baş epidemioloqun səsyazısı gündəm

Baş epidemioloqun səsyazısı gündəm


2-07-2020, 18:06

Baş epidemioloqun səsyazısı gündəm yaratdı

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistə verdiyi cavabla müzakirələrə səbəb olub. 

Unikal.org-un əməkdaşı baş epidemioloqla əlaqə saxlayıb. O isə hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:

“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.  "qafqazinfoaz"

 


 

 


 


Geri qayıt