Əsas Səhifə > Sosial > Bu gün daha 513 nəfər koronavirusa YOLUXDU

Bu gün daha 513 nəfər koronavirusa YOLUXDU


6-07-2020, 21:04

 

Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 240, ötən müddət ərzində isə ümumilikdə 522 773 test aparılıb.

"AzerTaym.az"

 


Geri qayıt