Əsas Səhifə > Sosial > 15 mərtəbəli binanın 16-cı mərtəbəsi... - İcra Hakimiyyəti

15 mərtəbəli binanın 16-cı mərtəbəsi... - İcra Hakimiyyəti


30-07-2020, 14:05

Bakının Suraxanı rayonunda tikintisi yekunlaşmış binaya yeni mərtəbələrin əlavə olunması üçün yenidən tikinti işlərinə başlanılması barədə məlumat vermişdik. 

HİT.Az-ın “MediaPost”a istinadla verdiyi xəbərə görə, bu problemi ictimailəşdirdikdən sonra Suraxanı rayon İcra Hakimiyyətindən bildirilib ki, tikinti işləri dayandırılıb. 

"Yeni Günəşli qəsəbəsi, "V" massivi, 13M ünvanında yerləşən 15 mərtəbəli binada aparılan tikinti işlərinin dərhal dayandırılması istiqamətində təlimatlar verilib", - məlumatda bildirilir. 

Sözügedən binaya baş çəkən “MediaPost”un əməkdaşı isə İcra Hakimiyyətinin göstəriş və təlimatlarına məhəl qoyulmadığının şahidi olub. Məlum olub ki, olduğu zaman binanın mansar hissəsinə betok tökmək üçün qəlib hazırlanır. 

"Badi Kubə” MTK-nın əməkdaşı “MediaPost”a bildirib ki, bu bina 16+1 layihədir və binanın ilk 15 mərtəbəsi tikilib müştərilərə təhvil verilib:

“Hazırda tikilən 1+1 hissəsində işləri ““AR&KO” MMC həyata keçirir. Sözügedən şirkət burada problemli müştərilərin mənzillərini tikir, onlardan evlərinin pulu qabaqcadan alınıb, amma evləri təhvil verilməyib".

Qeyd edək ki, bu iki şirkət arasında 3 ilə yaxındır davam edən anlaşılmazlıq bu gün də öz həllini tapmayıb.

 

 

 


Geri qayıt