Əsas Səhifə > Sosial > Azərbaycanda daha 152 nəfər COVID-19-a yoluxdu
Azərbaycanda daha 152 nəfər COVID-19-a yoluxdu24-08-2020, 23:50 |
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 152 yeni yoluxma faktı qeydə alınıb, 111 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada koronavirusdan 1 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 35 426 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 104 nəfər müalicə olunaraq sağalıb, 519 nəfər vəfat edib, 1 803 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 890, bu günə qədər isə ümumilikdə 878 667 test icra olunub. Geri qayıt |