Əsas Səhifə > Sosial > Ətalətdən çıxa bilməyən KİRAYƏ BAZARI: “Bir və iki otaqlı

Ətalətdən çıxa bilməyən KİRAYƏ BAZARI: “Bir və iki otaqlı


14-09-2020, 11:34

Bağ evlərinə olan tələbat artıq bitmək üzrədir və bu baxımdan, qiymət artımı müşahidə olunmur”.

  "AzerTaym.az" bildirir ki, bu sözləri Yenicag.az-a açıqlamasında sərt karantin rejimindəki müəyyən yumşalmaların əmlak bazarına mümkün təsirlərini dəyərləndirən ekspert Elnur Fərzəliyev deyib.

Elnur Fərzəliyev bildirib ki, ümumilikdə pandemiya dövründə əmlak bazarına ciddi neqativ təsirlərə məruz qalsa da, yeni tədris ilinin başlaması ilə əlaqədar köhnə yaşayış binalarında kirayə mənzillərə maraq artıb. Belə ki, bölgələrdən paytaxta gələn vətəndaşlar 250-450 manat civarında olan kirayə evlərə daha çox üstünlük verəcək:

“Rayonlara gediş-gəlişin açılması və yeni tədris ilinə sayılı günlərin qalması fonunda əmlak bazarında kiçikhəcmli, xüsusən də bir və iki otaqlı mənzillərə tələbat xeyli artıb. Əlbəttə, bu tələbat qiymətlərə də təsir edir. Çünki əksər insanlar öz mənzillərini tələbələrə kirayəyə verirlər və bundan sabit gəlir əldə edirlər.

Bölgələrdə yaşayan bəzi insanların paytaxtda ali məktəblərə qəbul olan övladları üçün nəğd şəkildə ev almaq praktikası da mövcuddur. Onlar övladlarının təhsil müddəti başa çatdıqdan sonra həmin mənzili baha qiymətə satışa çıxarırlar.

Bağ evlərinə olan tələbat isə artıq bitmək üzrədir və bu baxımdan, qiymət artımı müşahidə olunmur. Ümumiyyətlə, qarşıdan gələn payız aylarında həyət evlərinə maraq olmayacaq”.


Geri qayıt