Əsas Səhifə > Sosial > BU GÜNÜN KORONAVİRUS STATİSTİKASI

BU GÜNÜN KORONAVİRUS STATİSTİKASI


18-09-2020, 22:32

Reanimasiyadakı xəstələrin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 18-nə olan statistik göstəriciləri açıqlayıb.

"AzerTaym.az" bildirir ki, məlumata əsasən hazırda ölkədə 1 898 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 114 nəfər reanimasiyada, 8 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 112 və 9 idi.

Ümumilikdə 38 894 nəfər virusa yoluxub, 36 424 nəfər sağalıb, 572 nəfər vəfat edib.

Bu gün 5 898 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 041 184 test aparılıb.

Qeyd edək ki, bu gün 117 koronavirusa yoluxma faktı qeydə alınıb, 135 nəfər sağalıb, 1 nəfər ölüb.


Geri qayıt