Əsas Səhifə > Sosial > Gəncədə həlak olanlar arasında bir məktəbli də

Gəncədə həlak olanlar arasında bir məktəbli də


17-10-2020, 14:47

Gəncədə həlak olanlar arasında bir məktəbli də var

Ötən gecə Ermənistan Ordusunun növbəti dəfə Gəncəni ballistik raket atəşinə tutmasına nəticəsinə daha bir məktəbli həlak olub.

 "AzerTaym.az" bildirir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində məlumat verib: “15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı. Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu. Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub. Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!”


Geri qayıt