Əsas Səhifə > Sosial > “Zəfər” və “Qarabağ” ordenləri belə olacaq
“Zəfər” və “Qarabağ” ordenləri belə olacaq26-11-2020, 14:51 |
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar” qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib. “AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, qanun layihəsinə 1-ci maddədə “Azərbaycan Respublikasının ən yüksək təltifi – “Heydər Əliyev” ordeni; hissəsindən sonra aşağıdakı məzmunda yeni hissələr əlavə edilməsi təklif edilib “Zəfər” ordeni; “Qarabağ” ordeni. 1.2. 2-ci maddəyə "Qızıl Ulduz" medalı;" hissəsindən əvvəl "Vətən Müharibəsi Qəhrəmanı" medalı;" hissəsi və "İgidliyə görə" medalı hissəsindən sonra aşağıdakı yeni hissələr əlavə edilməsi təklif edilir. "Cəsur döyüşçü" medalı; "Döyüşdə fərqlənməyə görə" medalı; "Suqovuşanın azad olunmasına görə" medalı; "Cəbrayılın azad olunmasına görə" medalı; "Xocavəndin azad olunmasına görə" medalı; "Füzulinin azad olunmasına görə" medalı; "Zəngilanın azad olunmasına görə" medalı; "Qubadlının azad olunmasına görə" medalı; "Şuşanın azad olunmasına görə" medalı; "Kəlbəcərin azad olunmasına görə" medalı; "Ağdamın azad olunmasına görə" medalı; "Laçının azad olunmasına görə" medalı; "Vətən müharibəsi iştirakçısı" medalı; "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalı;"
Geri qayıt |