Əsas Səhifə > Sosial > Bayram günlərində SMS almadan küçəyə çıxanlara güzəşt ediləcək?
Bayram günlərində SMS almadan küçəyə çıxanlara güzəşt ediləcək?31-12-2020, 23:57 |
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Sosial şəbəkələrdə yazılanlara görə,tətil günləri, yəni dekabrın 31-də, eləcə də yanvarın 1-i vətəndaşlara güzəştlər ediləcək. Yəni həmin günlərdə SMS almadan belə küçəyə çıxanlara cərimələr yazılmayacaq. Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirildi ki, yazılanlar həqiqəti əks etdirmir. Heç bir halda karantin qaydalarının pozulmasına göz yumulmayacaq və heç bir güzəşt olmayacaq. Geri qayıt |