Əsas Səhifə > Sosial > "İdeal"ın keçmiş sahibi HƏBS

"İdeal"ın keçmiş sahibi HƏBS


6-04-2021, 21:10

“İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılov həbs olunub.

Bu barədə APA-ya onun vəkili Gülnar Quluzadə məlumat verib.

O bildirib ki, İlqar İsmayılov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla Cinayət  Məcəlləsinin 179.3.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək saxlanılıb.

İ. İsmayılov ötən gün Binəqədi Rayon Məhkməsində hakim qarşısında çıxarılıb və  barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçilib.

 


Geri qayıt