Əsas Səhifə > Sosial > Azad Rəhimov dəfn olunur - Fotolar

Azad Rəhimov dəfn olunur - Fotolar


2-05-2021, 12:02

Azad Rəhimov dəfn olunur

Mərhum gənclər və idman naziri Azad Rəhimovun Bakıda dəfn mərasimi keçirilir.

"Qafqazinfo" xəbər verir ki, onun nəşi II Fəxri Xiyabana gətirilib.

Pandemiya səbəbindən məhdud çərçivədə təşkil olunmuş dəfndə nazirlik və Milli Olimpiya Komitəsinin rəsmiləri, mərhumun yaxınları və ailə üzvləri iştirak edir.

Qeyd edək ki, Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakıda anadan olub. O, 7 fevral 2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər və idman naziri vəzifəsinə təyin edilib. Fəaliyyəti dövründə A.Rəhimov "Şöhrət" ordeni və 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

 


 


Geri qayıt