Əsas Səhifə > Sosial > Əliyar Əliyevin Qubadlıdakı məzarı bərpa olundu

Əliyar Əliyevin Qubadlıdakı məzarı bərpa olundu


16-06-2021, 13:43

İşğaldan azad olunan Qubadlı rayonunda dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanlarının məzarları bərpa olunur.

“AzerTaym.az" qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb.

Artıq Milli Qəhrəmanımız Əliyar Əliyevin Qubadlının Qəzyan kəndində dağıdılmış məzarı bərpa edilib. Məzar daşına qəhrəman döyüşçümüzün hərbi geyimdə olan fotoşəkli həkk olunub. Milli Qəhrəmanın oğlu Emin Əliyev atasının məzarını ziyarət edib.

Həmçinin Qubadlıda dəfn olunmuş Milli Qəhrəmanlarımız - Vasiliy Əliyev və Aqil Məmmədovun məzar daşlarının da bərpa olunduğu bildirilir.

 



 


Geri qayıt