Əsas Səhifə > Sosial > Ölkə üzrə qurbanların satış və kəsim yerləri

Ölkə üzrə qurbanların satış və kəsim yerləri


18-07-2021, 20:01

Ölkə üzrə qurbanların satış və kəsim yerləri - TAM SİYAHI

2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaqdır. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaqdır. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcəkdir.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaqdır. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulmuşdur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcəkdir. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaqdır.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcəkdir.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkə daxil olmaqla və ya aşağıdakı cədvəldən əldə edə bilərsiniz:

Rayon

Ünvan

Qeyd

Bakı şəhəri, Binəqədi rayonu

8 mkr., Cəfərxəndan 52C

kəsim və satış

Biləcəri qəsəbəsi, Rəşid İsmayılov 9

kəsim və satış

Bakı şəhəri, Xətai rayonu

Həzi Aslanov qəsəbəsi, İlham Məmmədov küçəsi 17/2

kəsim və satış

Bakı şəhəri, Xəzər rayonu

Buzovna qəsəbəsi, H. Sadiq küçəsi 21

kəsim və satış

Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi 78

kəsim və satış

Buzovna qəsəbəsi, H. D. Səmədzadə küçəsi, ev 28

kəsim və satış

Binə qəsəbəsi, Mərdəkan şosesi (Grandmarketin yanı)

kəsim və satış

Bakı şəhəri, Qaradağ rayonu

Lökbatan qəsəbəsi, S. Xəlilov küçəsi 13, “Qoç ət” MMC

kəsim və satış

Bakı şəhəri, Nərimanov rayonu

"Bakı Taxıl " ASC-nin ərazisində ət kəsimi məntəqəsi, Ə. Əliyev 26

kəsim və satış

Keşlə Bazarı, Ə. Əliyev 36, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi

kəsim və satış

"50 Qəpik" mağazasının ət kəsimi məntəqəsi, Ə. Əliyev və Y. V. Çəmənzəminli küçələrinin kəsişməsi

kəsim və satış

Bakı şəhəri, Nizami rayonu

Heydər Əliyev prospekti 92, “ESE” MMC

kəsim və satış

Heydər Əliyev prospekti 92, “Bəsit” firması

kəsim və satış

M. Abbasov küçəsi, 2405-ci məhəllə

kəsim və satış

Keşlə qəsəbəsi, 4-cü Köndələn küçəsi 217

kəsim və satış

Çobanzadə küçəsi 63

kəsim və satış

Bakı şəhəri, Pirallahı rayonu

Pirallahı qəsəbəsi, S. Vurğun küçəsi

kəsim və satış

Bakı şəhəri, Sabunçu rayonu

Ramana qəsəbəsi, Şuşa küçəsi

kəsim və satış

Zabrat qəsəbəsi, Babək küçəsis

kəsim və satış

Bakı şəhəri, Səbail rayonu

Gülbala Əliyev küçəsi 20

kəsim və satış

Gəncə şəhəri

Müseyib Bağırov küçəsi

yalnız kəsim

Kəpəz rayonu, Sadıllı qəsəbəsi

yalnız kəsim

Kəpəz rayonu, "Kəpəz-Bazarı" ASC-nin yaxınlığı

yalnız kəsim

Lənkəran şəhəri

Lənkəran şəhəri, Fizuli küçəsi (Çadırtipli heyvan kəsim məntəqəsi)

kəsim və satış

Mingəçevir şəhəri

Ərəş küçəsi

kəsim və satış

Təbriz küçəsi

kəsim və satış

Sumqayıt şəhəri

Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A

kəsim və satış

Sumqayıt şəhəri, Çerkassi küçəsi, 46-cı məhəllə, “Misiroğlu” MMC

kəsim və satış

Şəki şəhəri

Mikayıl Müşfiq küçəsi, “Halal Kəsim” MMC

yalnız kəsim

Salman Mümtaz küçəsi

yalnız satış

Şirvan şəhəri

Heydər Əliyev prospekti (Çadırtipli heyvan kəsim məntəqəsi)

kəsim və satış

Yevlax rayonu

Aşağı Bucaq kəndi

kəsim və satış

Salahlı kəndi

kəsim və satış

Yevlax rayon, Aran qəsəbəsi

kəsim və satış

Abşeron rayonu

Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi 180/90, “Səhliyalı” kiçik müəssisəsi

yalnız kəsim

Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi 1, “Az Sağlam Qida” MMC

kəsim və satış

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, “Canət” MMC

kəsim və satış

Abşeron rayonu, Məmmədli kəndi

kəsim və satış

Ağcabədi Rayonu

Xocavənd kəndi

yalnız kəsim

Aşağı Avşar kəndi

kəsim və satış

Ağdaş rayonu

Ağdaş rayonu, H. Əliyev pr. 169

yalnız kəsim

Ağdaş rayonu, Heyvan bazarı

yalnız satış

Ağstafa rayonu

Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarı (Çadırtipli heyvan kəsim məntəqəsi)

kəsim və satış

Balakən rayonu

Balakən şəhəri, N. Rəfibəyli küçəsi 7

yalnız satış

Tel: 050 202 88 87

 

Keçid

Patron

Beyləqan rayonu

Şəfəq qəsəbəsi (Ziyarətgah)

Geri qayıt