Əsas Səhifə > Sosial > “Hamilə qadından COVID pasportu tələb oluna bilməz“

“Hamilə qadından COVID pasportu tələb oluna bilməz“


11-10-2021, 21:49

“Hamilə qadından COVID pasportu tələb oluna bilməz“ - Deputat

Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib.

Yenisabah.az xəbər verir ki, bunu parlamentin iclasında çıxışı zamanı deputat Rəşad Mahmudov bildirib.

Deputat universitetlərdə hamilə və uşaq əmizdirən xanımlarla bağlı qarşılaşdığı məsələni müzakirəyə çıxarıb:

“Koronavirusun yayılmasının qarşısının alınmasında peyvəndlənmə mütləqdir. Bu vəziyyətdə biz hamilə qadınlardan, uşaq əmizdirən qadınlardan pasport tələb edə bilmərik. Üniversitetlər bunu anlayışla qarşılamalıdırlar, onlardan pasport tələb etməməlidirlər.

Ümid edirəm ki, universitetlər də bu məsələni diqqətdə saxlayacaqlar".


Geri qayıt