Əsas Səhifə > Sosial > Qızını çaydan keçirən fədakar ata efirə çağrıldı

Qızını çaydan keçirən fədakar ata efirə çağrıldı


12-10-2021, 23:02

Qızını çaydan keçirən fədakar ata efirə çağrıldı – VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə qızını çiynində çaydan keçirərək məktəbə aparan atanın görüntüləri müzakirələrə səbəb olub.

  ATV kanalında yayımlanan "Bizimləsən" verilişi həmin ata ilə övladını studiyaya dəvət edib.

Ata-bala efirdə olarkən hər ikisi danışıb ağlayıblar.

Dərsə gedən qızcığaz atasına əziyyət verdiyi üçün utandığını deyib:

"Mən dərslərimi yaxşı oxuyuram, oxumalıyam da. Atam üçün, onun əziyyəti böyükdür. Atam məni çiyninə alanda bu məni incidir. Atam məni hər dəfə çiyninə alanda düşünürəm ki, mən ona ağır yükəm".

Fədakar ata 2014-cü ildən bəri qızını çiynində çaydan keçirdiyini deyib və körpü düzəldilməsi üçün müraciət edib.

Həmin görüntüləri təqdim edirik:


Geri qayıt