Əsas Səhifə > Sosial > Zəngilan Beynəlxalq Hava Limanının maketinin görüntüləri paylaşıldı

Zəngilan Beynəlxalq Hava Limanının maketinin görüntüləri paylaşıldı


20-10-2021, 22:47

Tikintisi davam edən Zəngilan Beynəlxalq Hava Limanının maketinin görüntüləri yayılıb.

  Bu gün Bakıda keçirilən “Rebuild Karabakh” – Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində hava limanının maketi nümayiş olunub.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər. Onlar səfər çərçivəsində hava limanının tikintisi ilə də tanış olublar.


Geri qayıt