Əsas Səhifə > Sosial > “10 il oturub indi narkotiklə mübarizəyə başlamışıq“

“10 il oturub indi narkotiklə mübarizəyə başlamışıq“


27-10-2021, 16:26

“10 il oturub indi narkotiklə mübarizəyə başlamışıq“ - Çingiz Qənizadə

Hər gün müxtəlif xarakterli cinayət xəbərləri eşidirik. Rəsmi məlumatlardan aydın olur ki, cinayət törətmiş şəxslərin əksəriyyəti keçmişdə məhkum həyatı yaşayıb. Onun çoxunun üzərindən narkotik vasitələrin tapıldığını da ayrıca qeyd etmək lazımdır. Onların bu cinayətləri narkotik vasitələrdən asılı olduqları üçün törətdiyi iddia olunur. 

Cinayətkarlar, xüsusilə cinayət törətmiş keçmiş məhkumlar arasında narkotik vasitələrə meylin artması nə ilə abğlıdır?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Yenisabah.az-a açıqlamasında deyib ki, cəzaçəkmə müəssisələrindən azadlığa çıxan məhkumların çoxu keçmiş narkomanlardır:

“Cəzaçəkmə müəssisələrindən çıxan insanların əksəriyyəti keçmiş narkamanlardır. Cəzaçəkmə müəssisəsində olarkən, bu işdən məcburən əl çəksə də, azadlığa çıxan kimi yenidən həmin həyat tərzin təkrar yaşamağa üstünlük verirlər. Çox vaxt da bu yolu məhz narkotikin əldə olunması üçün seçirlər. Oğurluq, quldurluq edirlər”.

Ç.Qənizadə narkotiklə bağlı vəziyyətin onu ciddi şəkildə narahat etdiyini bildirib:

“Ölkədə narkotiklə bağlı məsələlərdən çox narahatam. Son 6-7 ayda mütəmadi olaraq, hər gün polis orqanları tərəfindən bu işlə məşğul olan dəstələrin ifşasını görürük. Bu prosesi alqışlayırıq. Hesab edirəm ki, biz narkotiklə mübarizədə bir qədər geri qalmışıq. Sanki, 10 il oturub indi mübarizəyə başlamışıq”.

Ç.Qənizadə polisin daha çox narkotik satanların həbsinə üstünlük verməli olduqlarını qeyd edib:

“Polisin hazırda daha çox narkotik satanların həbsinə üstünlük verməsini istərdik. Ona qurşanıb, çəkənlər də narkotik əldə etmək üçün məhz bu işlərə meyilli olurlar. Onun satışını təşkil edən narkotik alverçiləridir. Onlar dərhal tapılmalı, cəzalandırmalı və bu şəbəkələr dağıdılmalıdır. Burada obyektiv, subyektiv meyarlar var.

Hesab edirəm ki, müasir dövrdə cəmiyyətdə və dünyada baş verən proseslər, narkotik istifadəçilərinin çoxalması, satış edənlərin sayının artması, onun əl çatan olmasının asanlaşması, iqtisadi durum bu kimi halları yaradıb. Odur ki, elliklə bu bəlaya qarşı mübarizə aparmalı, bütün imkanları səfərbər etməliyik".


Geri qayıt