Əsas Səhifə > Sosial > Cahangir Əsgərovun qızı Londonda yeni şirkət açdı

Cahangir Əsgərovun qızı Londonda yeni şirkət açdı


9-05-2022, 22:50

AZAL-ın prezidenti Cahangir Əsgərovun qızı Cəmilə Əsgərova Londonda növbəti şirkətini təsis edib. O, “Jazmena LTD”ni (qetdiyyat nömrəsi 14090301) 2 gün əvvəl Britaniya Şirkətlər Evində qeydiyyatdan keçirib.

 "AzerTaym.az" bildirir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Şirkət internet üzərindən parakəndə satış həyata keçirəcək. Bu, AZAL prezidentinin ailəsinin İngiltərədə sayca 7-ci şirkətidir, onlardan hazırda 5-i fəaliyyətdədir. Təkcə “MRCR Art Limited” aktivləri 31 milyon funtdan artıqdır. “Gazelli İnternational Limited”in aktivləri isə 13 milyon funt-sterlinqliqi keçib.

 İngiltərədə AZAL rəhbərinin ailəsinə məxsus şirkətlərin aktivləri üst-üstə 100 milyon manatdan artıqdır. Gürcüstanda isə Əsgərovların iki 3 dəbdəbəli oteli var. 

Təkcə Batumidəki “The Gloria Hotel”ə 40 milyon dollar investisiya qoyulub.






Geri qayıt