Əsas Səhifə > Sosial > Valideynlərdən pul tələb edən direktor yeni vəzifəyə

Valideynlərdən pul tələb edən direktor yeni vəzifəyə


23-11-2022, 16:43

Bakının 34 nömrəli tam orta məktəbinə (523 şagird yerlik) yeni direktor təyin olunub.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bu vəzifəyə Axundova Nəcibə Novruz qızı təyin edilib.

O, əvvəllər Bakı şəhəri 45 nömrəli tam orta məktəbin (1300 şagird yerlik) direktoru işləyib.

Xatırladaq ki, bir müddət əvvəl N.Axundovanın rüşvət istəməsi ilə bağlı səs yazısı yayılmışdı. 

Ötən ay BŞTİ açıqlama yayaraq bildirib ki, Bakı şəhəri 45 nömrəli tam orta məktəbin direktorunun bir müddət öncə ictimailəşən səs yazıları və məktəbin pedaqoji kollektiv üzvlərinin müvafiq instansiyalara müraciəti əsasında aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin rəhbəri Nəcibə Axundovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi kimi sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.


Geri qayıt