Əsas Səhifə > Sosial > Nazirdən bugünkü sərəncamlarla bağlı eksklüziv açıqlama

Nazirdən bugünkü sərəncamlarla bağlı eksklüziv açıqlama


13-01-2023, 16:08

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinə eksklüziv müsahibə verib.

Sözügedən şöbədən  verilən məlumata görə, nazir açıqlamasında Prezident İlham Əliyevin sosial müavinətlər, təqaüdlər və əməkhaqlarının artırılması ilə bağlı bugünkü sərəncamlarının 800 mindən çox insanı əhatə edəcəyini bildirib.

S.Babayev əlavə edib ki, cari il üçün nəzərdə tutulan islahat paketi isə 1 milyon 900 min insanı əhatə edir:

“Bu məqsədlər üçün dövlət büdcəsindən əlavə olaraq 750 milyon manat vəsait ayrılacaq”.

Sərəncamların icrasına cari aydan başlanılacaq.


Geri qayıt