Əsas Səhifə > Sosial > “Tikdiyiniz binalara arxayınsızsa...“ - Ekspertdən
“Tikdiyiniz binalara arxayınsızsa...“ - Ekspertdən18-02-2023, 17:44 |
“Türkiyədə baş verən zəlzələdən sonra insanlarda çoxmərtəbəli yeni tikililərdə yaşamaq artıq qorxuya çevrilib. Üstəlik, sosial şəbəkələrdə müxtəlif qeyri-rəsmi, yalan məlumatların yayılmasıda da insanlarda qorxu yaradır...”
Bu sözləri tanınmış əmlak eksperti Elnur Fərzəliyev sosial şəbəkə hesabında yazıb. O, tikinti şirkətlərinin xalqa açıqlama verməli olduğunu bildirib: “Hələ ki bina tikənlərdən "Şərurlu İsfəndiyar"dan başqasını görmədim ki, çıxıb mediada tikdikləri binaların keyfiyyəti barədə açıqlama versin. Tikdiyiniz binalardan tam əminsinizsə, o zaman çıxın efirlərə, gördüyünüz işlərin keyfiyyəti barədə xalqa məlumat verin. Camaat da rahat olsun, siz də. Sizin danışmalı olduğunuz məsələləri mən niyə danışmalıyam axı?” /Yenisabah.az Geri qayıt |