Əsas Səhifə > Sosial > Azərbaycan dövləti bu qədərmi ACİZDİR Kİ... - hansısa qumarbazın
Azərbaycan dövləti bu qədərmi ACİZDİR Kİ... - hansısa qumarbazın13-03-2023, 21:17 |
Son illər “Azərlotereya” ASC ölkədə qumarın təşviqi, hər küçədə, az qala hər tində yayılması ilə məşğuldur. İndi də əhalinin bu oyunlara vərdiş etməsi, aludəçisi olması böyük bəlalara, fəsadlara yol açmaqdadır. İnsanlar axırıncı qəpiyini də “Poz, qazan”, “Misli” kimi mərc oyunlarına qoymaqla müflis olmaqdadırlar. Hətta Şirvan şəhərində bu günlərdə 800 manat uduzan gənc intihara cəhd edib. Amma bu cür neqativ nəticələr “Azərlotereya”nı durdurmur, əksinə, qumar Naxçıvana belə ayaq açmaqdadır. Açıq-aydın reklam edilən bu mərc oyunlarının hələ ki, qazananı yoxdur. Külli miqdarda pul udanlar belə zamanla bu oyunların aludəçisinə çevrilərək qumarbaz olurlar. Bu oyunların indi az qala dağıtmadığı ailə, zəhərləmədiyi gənc və məktəbli qalmayıb sanki…Narkomaniya kimi bu zərərli vərdişdən insanları, xüsusilə gəncliyi xilas etməyin bir yolu olmalıdır. Hər nə qədər leqal bir mərc oyunu olsa belə, təbliği və təşviqi getməkdədir. Yəni reklam edirlər, sürətlə yayırlar, şəhərin hər addımında köşklərini qururlar, mediada piarı təşkil olunur, bu azmış kimi, şəhid ailələrindən, tanınmışlardan, universitetlərdən belə istifadə olunur.
Geri qayıt |