Əsas Səhifə > Sosial > Bakıda iranlılar yoxa çıxıb - Onları son dəfə 3 il əvvəl

Bakıda iranlılar yoxa çıxıb - Onları son dəfə 3 il əvvəl


17-03-2023, 09:29

Bakıda iranlılar yoxa çıxıb - Onları son dəfə 3 il əvvəl görüblər

“İran bazarı da bağlı olduğu üçün ölkəyə ciddi bir turist kütləsinin axınını istisna edirəm". 

Bunu Yenisabah.az-a otelçilik üzrə ekspert Cabir Dövlətzadə deyib. 

Qarşıdan Novruz tətili gəlir. Bu günlərdə Azərbaycana böyük turist axını gözlənilirmi? 

Novruz tətilində Azərbaycana ən çox təşrif gətirən, avtobusla səfərə çıxan iranlı turistlər olur. Artıq üçüncü ildir ki, quru sərhədlərinin bağlı olması iranlı qonaqlar kimi, digər ölkələrdən gələn turist kütləsinin də sayını azaldıb. Bundan savayı, rəsmi Tehranla siyasi ziddiyyətlər bu dövlətdən gəliş-gedişə ciddi təsir edib. 

C. Dövlətzadə qeyd edib: 

“İran bazarı bağlı olduğu üçün ölkəyə ciddi turist axınını istisna edirəm. Ümumiyyətlə, quru sərhədlərinin bağlı olması kütləvi turizmin inkişafına ciddi əngəl törədir. Bu əngəl istər-istəməz fəaliyyətimizə mənfi təsir göstərir. 

Ümidimiz ancaq aprel ayınadır. Çünki apreldə “Formula-1” yarışı olacaq. Bu yarışma yüksək ranqlı olduğu üçün Avropa dövlətlərindən Azərbaycan xeyli turistin gəlməsi gözlənilir. Bu, apreldə müəyyən inkişafın göstəricisi olacaq”.

Mütəxəssis etiraf edib ki, Novruzda ciddi gözlənti yoxdur: 

“Çünki həm İranla yaranmış son vəziyyət, həm də sərhədlərin bağlı olması bu ölkədən Azərbaycana turist axınını minimuma endirir. 

Novruz bayramı ərəfəsində biz Türkiyədən qonaqlar gözləyirik. Həmişəki kimi, şimal qonşumuz Rusiyadan gələn turistlərin sayında da artım olur. Amma bu, ümumi inkişafa ciddi təsir göstərməyəcək”. 

 


Geri qayıt