Əsas Səhifə > Sosial > Ləğv olunan MTN-in polkovnikləri azadlığa buraxılıb

Ləğv olunan MTN-in polkovnikləri azadlığa buraxılıb


8-05-2023, 10:50

Prezident İlham Əliyevin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisində də icra edilib.

APA xəbər verir ki, sərəncam müəssisədə cəza çəkən 8 nəfərə şamil edilib. Onlardan 4 məhkum azadlığa buraxılıb, 4 nəfərin isə cəzası azaldılıb.

Azadlığa buraxılanlar içərisində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovnikləri də var.


Geri qayıt