Əsas Səhifə > Sosial > Bu verilişlərlə bağlı QƏRAR VERİLDİ
Bu verilişlərlə bağlı QƏRAR VERİLDİ14-03-2024, 18:35 |
Azərbaycan televiziya kanallarında yayımlanan və cəmiyyətdə mənfi müzakirələrə səbəb olan “Səni axtarıram”, “Elgizlə izlə”, “Bizimləsən”, “Həmin Zaur”, “Təsir dairəsi” verilişləri ilə bağlı qərar verilib. "AzerTaym.az" bildirir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, həmin proqramların efir vaxtları qısaldıralaraq təxminən 30 dəqiqə olması nəzərdə tutulub. Bundan əlavə, verilişlərin formatlarında müəyyən dəyişikliklər də ediləcək. Xatırlatma: Bir neçə gün öncə, ATV, Xəzər, ARB və Space televiziyasının rəhbəri Prezident Administrasiyasına çağırılaraq adıçəkilən verilişlərlə bağlı xəbərdarlıq edilib. Geri qayıt |