Əsas Səhifə > Sosial > NAZİR BAŞ İDARƏ RƏİSİNİ İŞDƏN ÇIXARDI - Vəzifəsi Abasquliyevə
NAZİR BAŞ İDARƏ RƏİSİNİ İŞDƏN ÇIXARDI - Vəzifəsi Abasquliyevə15-06-2024, 21:08 |
Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib. Nazirlikdən məlumatı təsdiqləyiblər. Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib: "Bununla əlaqədar Malik Ələkbərov vəzifəsindən azad edilərək sərəncama götürülüb". Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinin icrası İlham Abasquliyevə həvalə edilib. Geri qayıt |