Əsas Səhifə > Sosial > Ramal Aslanov sərbəst buraxıldı - DSX mayoru
Ramal Aslanov sərbəst buraxıldı - DSX mayoru8-01-2025, 17:12 |
Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, kikboksinq üzrə Əməkdar məşqçi Fuad Zeynalova hücumun sifarişində təqsirləndirlən Kikboksinq Federasiyasının iki gün əvvəl saxlanılan keçmiş I vitse-prezidenti Ramal Aslanov bu gün sərbəst buraxılıb. Ramal Aslanovun sərbəst buraxılması Fuad Zeynalovun etirazı ilə qarşılanıb. Fuad Zeynalov Modern.az-a açıqlamasında Ramal Aslanovu sərbəst buraxılnasına belə reaksiya verib: “Mənim onun növbəti hücumunu gözləməyə nə vaxtım, nə də səbrim var. Dəfələrlə sakit durdum, 4-5 dəfə hücum etdilər. O, yenidən çıxıb hücuma hazırlaşırsa, mən də nə edəcəyimi bilirəm. Mən dövlət qulluqçusu olduğum üçün dövlətimə, onun qanunlarına arxalanıram. Amma yəqin ki, onun himayədarları çox güclüdür. Onların da kim olduğunu bilirəm, lazım olarsa adlarını da çəkəcəm. Mən heç kimdən qorxmuram, çəkinmirəm. Gözləyirəm, əgər bu qanunla cəzalanmırsa, mən nə tədbir görəcəyimi özüm bilirəm”. Fuad Zeynalov mətbuata açıqlamasında bildirib ki, hadisənin sifarişçisi Azərbaycan Kikboksinq Federasiyasının keçmiş I vitse-prezidenti Ramal Aslanovdur. Hadisə ilə bağlı Kikboksinq Federasiyasında iclas keçirilib. I vitse-prezident Ramal Aslanov tutduğu vəzifədən azad edilib. Bundan əlavə, Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunub. Fuad Zeynalovun isə məşqçi fəaliyyətinə xitam verilib. Geri qayıt |