Əsas Səhifə > Sosial > DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər
DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər15-01-2025, 17:49 |
Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür. Yenisabah.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM-in keyfiyyət idarəetmə sisteminin təkrar auditinin nəticələrinə həsr olunmuş tədbirdə deyib. Onun sözlərinə görə, bu barədə Təhsil Nazirliyi ilə danışıqlar aparılıb: "Artıq "çiy qiymət"lərdən yeni qiymətləndirmə prosesinə keçməliyik. Bu ildən etibarən gələcəkdə imtahanların bir qisminin rəqəmsal şəkildə həyata keçirilməsi üçün addımlar atılacaq".
Geri qayıt |