Əsas Səhifə > Sosial > Zaur Mikayılov Qorxmaz Hüseynov yolu gedir -ölkənin hər yerindən
Zaur Mikayılov Qorxmaz Hüseynov yolu gedir -ölkənin hər yerindən18-02-2025, 18:07 |
Dövlət Su Ehtiyatları Agentliyi ona görə təsis edildi ki, onun fəaliyyət dairəsi genişləndirilsin, respublikanı tam əhatə eləsin, tərkibinə də ayrı-ayrı strukturlar tabe etdirildi ki, bir mərkəzdən idarə olunsun, yüksək səviyyəli performans ortaya qoyulsun. Yəni məram xoş idi və qarşıya qoyulan tapşırıqlar da böyük idi. Söhbət ölkənin su təsərrüfatı sahəsində illərlə yığılıb qalan müxtəlif növ problemlərdən gedirdi. Çünki Qorxmaz Hüseynov dönəmində bu strukturda korrupsiya fontan vururdu. Zaur Mikayılovun sədr gətirilməsi ilə prezident ona etimad göstərdi ki, qoyulan öhdəliyi yerinə yetirsin. Amma su problemi ilə bağlı şikayətlər saysız-hesabsızdır. Elə bu günlərdə adi bir problemin belə həll olunmadığı üzə çıxdı. Hətta Xəzər TV sakinlərin narazılığını ictimailəşdirmişdi. Belə ki, Xaçmaz rayonunun Xudat şəhər camaatı anbardan əhaliyə verilən su borularının vaxtında təmizlənmədiyini bildirmişdi. Digər tərəfdən, su fasilələrlə verildiyindən hər dəfə problemlər yaranır. Axı indi hansı zəmanədir ki, su fasilə ilə verilsin, yaxud təmizlənməsin?! Dünya İlon Maskın süni intellekt sahəsində inqilablarından bəhrələnir, amma ADSEA və onun sədrinin səriştəsizliyi Xudat əhlini adi bir sosial problemlə üz-üzə qoyub. Halbuki indi belə problemlər arxaik olmalıdır. Sakinlər iddia edirlər ki, Şollar suyunun əsas mənbəyi bu bölgədən keçsə də, şəhərin bir çox küçəsində yaşayan insanlar təmiz sudan istifadə edə bilmirlər. Xüsusən də Səttərxan, Babək, Şıxlinski, Axundov və digər küçələrdə içməli su təminatı ya yoxdur, ya da fasilələrlə verilir. Yəni istər Bakı, istər regionlarda əhalinin su problemi ilə bağlı yüzlərlə belə şikayətlərə rast gəlmək mümkündür. Problem isə bu qədər müraciətlərin əvəzində qarşı tərəfin susmasıdır. Prezident isə Zaur Mikayılovu təyin edib ki, sələfi Qorxmaz Hüseynovdan fərqlənsin. Fərqlənə bilirmi? - Bunu söyləmək çətindir...(anaxeber.info) Geri qayıt |