Əsas Səhifə > Sosial > Tanınmış vəkil həbs edildi
Tanınmış vəkil həbs edildi5-03-2025, 18:59 |
Tanınmış vəkil Adəm Məmmədov həbs edilib AzerTaym.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Nərimanov Rayon Məhkəməsi bu dəqiqələrdə belə hökm çıxarıb.
Hökmə əsəsən vəkil Adəm Məmmədov Cinayət Məcəlləsinin 147.2- ci (böhtan) və 148-ci (təhqir) maddəsi ilə təqsirli bilinərək ümumilikdə 6 ay müddətində azadlıqdan məhrum edilib. Eyni zamanda Adəm Məmmədovun qardaşı Xəyyam Məmmədovda həmin maddələrlə təqsirli bilinərək 6 ay müddətinə islah işləri cəzası verilib. Xüsusi ittihamçı tanınmış vəkil Ceyhun Yusfovun vəkili Asim Abbasov faktı saytımıza təsdiq edib. Geri qayıt |