Əsas Səhifə > Sosial > Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə


Dünən, 19:22

Leyla Əliyevanın təşəbbüsü ilə növbəti qurban payları ailələrə təqdim olundu (FOTO)

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə dəstək məqsədilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsi çərçivəsində xeyriyyə aksiyası davam edir.

IDEA-dan bildirilib ki, xeyriyyə aksiyasının növbəti ünvanı Bakı şəhərinin Nərimanov rayonu olub. Burada yaşayan 100 aztəminatlı ailəyə bayram münasibətilə qurban paylarından ibarət qida qutuları təqdim edilib.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim Mətbəx” sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən “Bizim Mətbəx” könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.

Qeyd edək ki, “Bizim Mətbəx” layihəsinin veb-saytı istifadəyə verilib və insanlar üçün ianə etmə və könüllü kimi qoşulma imkanları yaradılıb.

 

 





 


Geri qayıt