Əsas Səhifə > Sosial > Neftçala Təhsil Sektorunun müdiri Nicat Cəfərovun qanunazidd
Neftçala Təhsil Sektorunun müdiri Nicat Cəfərovun qanunaziddDünən, 19:11 |
Son dövrlər təhsil sahəsində həyata keçirilən islahatlar əksəriyyət tərəfindən yaxşı qarşılansa da ( differensial əmək haqqı artımı , Təhsil sahəsinin maddi bazasının genişləndirilməsi və s ) təəssüf ki , bu islahatlara kölgə salan məmurlardan da xali deyilik. Onlardan biri də Şirvan- Salyan Regional Təhsil İdarəsi Neftçala rayonu üzrə Təhsil Sektorunun müdiri Nicat Cəfərovdur. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, təyinata qədərki müddətdə rayonun N.Bəşirov adına Qaçaqkənd kənd tam orta məktəbinin direktoru işləyən Nicat Cəfərovun rəhbərliyi dövründə bu təhsil müəssisənin heç bir ciddi uğura imza atmayıb. Amma ,nədənsə, heç bir təhsil nailiyyətinə malik olmayan bu uğursuz məktəb direktoru kimlərinsə dəstəyi və himayəsi ilə Neftçala Təhsil Sektoruna müdir təyin olundu. Təyinatının ilk günlərindən kobud davranışı ilə seçilən Nicat Cəfərovun fəaliyyəti təhsil camiəsinin haqlı narazılığına səbəb olub. Cəzasızlıq mühitindən daha da yararlanaraq kobud davranışları daha da irəli gedən Nicat Cəfərov məktəblərdə öz yazılmamış qanunlarını diktə edir. Belə ki , o texniki işçilərin işə qəbulundan tutmuş , müəllimlərin dərs bölgüsünə qədər hər şeyə müdaxilə edir və istədiyi adama yaşıl işıq yandırır.Təbii ki , hansısa maraqlar müqabilində !
Geri qayıt |