Əsas Səhifə > Sosial > Binəqədi Rayon MKTB-nin dövlətə vergi borcu 5 milyon manatı

Binəqədi Rayon MKTB-nin dövlətə vergi borcu 5 milyon manatı


Dünən, 17:02

Binəqədi Rayon MKTB-nin dövlətə vergi borcu 5 milyon manatı keçdi

Bakı Şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin Binəqədi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin vergi borcu artıb.

32gun.az xəbər verir ki, borc 5 milyon 41 min 460,36 manata yüksəlib.

Qeyd edək ki, təxminən 4 ay əvvəl bu qurumun vergi borcu 4 milyon 777 min 743,37 manat təşkil edirdi.

Xatırladaq ki, 2018-ci ildə Binəqədi rayon İcra Hakimi Elxan Allahverdiyevin əmri ilə Elmin Zamanov Mənzil-Kommunal Təsərrüfati Birliyinin rəisi təyin edilib.

 


Geri qayıt