Əsas Səhifə > Sosial > “YENİ VƏ DAHA ÇƏTİN DEVALVASİYA GÖZLƏNİLİR”

“YENİ VƏ DAHA ÇƏTİN DEVALVASİYA GÖZLƏNİLİR”


24-12-2015, 09:21

 

FEFB4227-E64A-422E-94AC-6CB08D490B76_w640_r1_s_cx3_cy9_cw97Qərb mətbuatı yazır ki, devalvasiya sadə azərbaycanlıların manatla olan maaşlarını, pensiyalarını və əmanətlərini vuracaq

Manat “dünyanın ən pis pulu”dur

“Yalan deməyəcəyəm, mən Azərbaycan valyutasının adını bu səhər öyrənmişəm…” Bu sözləri nüfuzlu Bloomberg saytının iqtisadi “Deep Dive” videoproqrmalarının aparıcısı Alix Steel deyib.
Bundan sonra çox qısa videoicmalda Steel bildirir ki, Azərbaycan manatı çoxdan bəridir ki, bir sıra neft ixracatçısı olan ölkələrin zəif valyutaları ilə eyni kateqoriyadadır, lakin indi manat dünyanın ən pis valyutası sayıla bilər.
Azərbaycan manatı bir sıra başqa Qərb medialarının da maliyyə sərlövhələrinə çıxıb.
Financial Times” qəzetinin Moskva müxbiri Jack Farchy yazır ki, keçmiş Sovet İttifaqının enerji ilə zəngin iqtisadiyyatlarının bir onillikdir, karbohidrogen gəlirlərinin hesabına sürən stabilliyi və iqtisadi artımı bu həftənin ilk günündə qiyməti son 11 ildə ən rekord səviyyədə enmiş neftin kəməndinə keçib.
Məqalədə deyilir ki, Azərbaycanın milli valyuta barədə qəbul etdiyi son qərar Qazaxıstandan sonra keçmiş sovet məkanında yaşanan ikinci böyük devalvasiya olub.

Azərbaycan 6 aya tam pulsuz qala bilərmiş…

1446558605_dollar-manat-merkezi-bankJack Farchy yazır ki, “Bakı ixracının 95 faizi, hökumət gəlirlərinin dörddə üçü və ÜDM-in 40 faizi neft və qazın payına düşür”.
Hələ fevral ayında Azərbaycan Mərkəzi Bankının rəhbəri Elman Hüseynov “Financial Times” qəzetinə bildirmişdi ki, Azərbaycan dollar sancağından çıxmağı planlaşdırır, lakin manat son anadəkdolların kursunu yaxından təqib edib” – deyilir məqalədə.
Bu da qeyd olunur ki, Mərkəzi Bankın ehtiyatları 13, 8 milyard dollardan ötən oktyabrda 6, 8 milyard dollara enib.
“Financial Times” vurğulayır ki, Azərbaycan 1999-cu ildən bəri ilk dəfə olaraq 35 milyard dollarlıq Neft Fondunun qapağını açmalı olub.
“Dollar sancağını bundan o yana saxlamaq mümkün deyildi. Heç bir tədbir görmədən, xərclərin indiki tempi ilə xarici valuta ehrtiyatları altı ayın ərzində tamamilə tükənə bilərdi” – deyib GPW risk konsaltinq firmasından Qafqaz üzrə ekspert Livia Paggi.
Ekspert bildirib ki, Mərkəzi Bank manatı ayaqda saxlamaq üçün təkcə noyabr ayında 589 milyon dollar xərcləmişdi.

Sadə azərbaycanlılara zərbə

1bah“Financial Times” yazır ki, milli valyutanın kəskin ucuzlaşdırılması 2016-cı ilin büdcəsini bir barreli 50 dollar olan neftin üzərində tərtib etmiş Azərbaycana “mühasibat dəftərini tarazlamaqda” kömək edəcək. Bu addım həmçinin, dövlət neft şirkəti də daxil, ölkənin mühüm neft sektorununun xərclərini azaldacaq.

Lakin Nomura firmasından təhlilçi Tim Ash bildirib ki, “bu hadisə böyük bir ehtimalla sadə azərbaycanlıların manatla olan maaşlarını, pensiyalarını və əmanətlərini vuracaq”.
Ash deyib ki, “devalvasiyanın indiyədək ləngidilməsi sosial sabitlik və Əliyev rejiminə xalq dəstəyi ilə bağlı narahatlıqdan qaynaqlanıb”.
Qəzet yazır ki, devalvasiya həmçinin Azərbaycanın bank sektoruna zərbə olacaq, beləki onun çoxdan bəri gözlənilməsi fərdlərə və şirkətlərə öz ehtiyatlarını dollara çevirmək imkanı verib.
“Financial Times” Fitch agentliyinə istinadən yazır ki, belə vəziyyət manatın təkrar devalvasiyalarına səbəb ola bilər.
“Bloomberg” yazır ki, Azərbaycan hakimiyyəti Qazaxıstanın devalvasiya siyasətini təqlid etməklə onun buraxdığı səhvləri də təkrar edib.
Azərbaycan da Qazaxıstan kimi “neftin dirçəlişinə” ümid edərək devalvasiya məqamını əldən buraxıb(Azadlıq radiosu).

“Yeni və daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik”

qubadQeyd edək ki, İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu da yeni devalvasiyanın olacağını istisna etməyib: “Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin son açıqlamasına görə, manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcək. AMB bundan sonra artıq bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcək və tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacaq.”
Qubad İbadoğlunun fikrincə, bu açıqlama onu göstərir ki, AMB yenə də valyuta ehtiyatlarını bazarda xərcləmək kimi sonu olmayan və problemin tam həllinə təsiri azalan bir yol seçib.
“Deyilənlərdən belə məlum olur ki, hələ yaxın günlərdə yeni valyuta rejimində eksperiment keçirib, tələb və təklifin əsasında qiymətin müəyyənləşməsini müışahidə edəcək və lazım gələndə də bazara müdaxilə edəcək. AMB-nin seçdiyi yol Qazaxıstan Mərkəzi Bankının (QMB) seçdiyi yoldan fərqli deyildir. Lakin, QMB həm zaman və həm iqtisadiyyatın strukturu baxımından daha əlverişli məqamlarda qərarlar qəbul edib. Onlar ilk devalvasiya qərarın təxminən 2 il bundan əvvəl, dünya bazarında neftin qiyməti yüksək olanda verdilər.Eyni zamanda Qazaxıstanda iqtisadiyyat daha çox şaxələnib, orda bizim kimi valyuta yalnız neft satışından əldə olunmur. Odur ki, qazaxları gecikmələrlə “yamsılamağa” dəymir. AMB milli iqtisadiyyatın hazırkı durumuna və perspektivlərinə əsaslanan valyuta siyasəti qurmalı, qonşu ölkələrin buraxdığı səhvləri təkrarlamamalıdır. Əks tədqirdə çox qısa müddətdən sonra biz yeni və daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik”.

AzPolitika.info

 
 


Geri qayıt