Əsas Səhifə > Sosial > GÖMRÜK əməkdaşlarının maaşları artırıldı

GÖMRÜK əməkdaşlarının maaşları artırıldı


29-02-2016, 20:15

 

Gomruk“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli fərmanında dəyişiklik edilib.
“Report”un xəbərinə görə, dəyişikliklə bağlı sənədi Prezident İlham Əliyev imzalayıb.
Dəyişikliyə əsasən, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.
İndiyədək, bu rəqəm 25 faiz idi.

AzerTaym.az

 


Geri qayıt