Əsas Səhifə > Avto > Bakının mərkəzində ağır qəza:
Bakının mərkəzində ağır qəza:8-07-2016, 14:25 |
Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Xətai rayonu, Nobel prospektində "Mersedes" markalı, 10 OK 280 dövlət qeydiyyat nişanlı avtomobil şəhər istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq maneəyə çırpılıb. Nəticədə avtomobili idarə edən 1979-cu il təvəllüdlü Qurbanov Ramin Mərdan oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. Geri qayıt |