Əsas Səhifə > Avto > Bilgəhdə yol qəzası baş verib
Bilgəhdə yol qəzası baş verib14-08-2016, 21:45 |
Bu gün günorta saatlarında Mərdəkan-Buzovna-Bilgəh yolunun Bilgəh qəsəbəsi ərazisindən keçən hissəsində yol qəzası baş verib. "Report" xəbər verir ki, qəza iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb. Hadisə şahidlərinin sözlərinə görə, "Mitsubishi Pajero" markalı avtomobil eyni zolaqda hərəkətdə olan "Opel" markalı avtomaşına arxadan çırpılıb. Qəza nəticəsində ölən və yaralananların olması barədə məlumat yoxdur. Hadisə yerinə Sabunçu rayon Polis İdarəsinin Yol Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Qəzanın səbəbləri araşdırılır AzerTaym.az![]() Geri qayıt |