Əsas Səhifə > Avto > “Beko Rəşad” yeni vəzifəyə təyin edildi –

“Beko Rəşad” yeni vəzifəyə təyin edildi –


26-01-2017, 08:48

beko

Rəşad Nağıyev bir neçə gündür yeni işində çalışır

Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan və «Beko Rəşad» kimi tanınan yol polisi əməkdaşının işdən azad olunması barədə məlumat vermişdik. Avtosfer.az-ın məlumatına görə, bir neçə gün öncə Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində komandir vəzifəsindən azad edilən Rəşad Nağıyev artıq yeni vəzifəyə təyin edilib. Amma bu dəfə yol-patrul xidmətinə yox, post-patrul xidmətinə təyinat alıb.

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Rəşad Nağıyev bundan sonra Xəzər rayon Polis İdarəsinin post-patrul xidmətində işləyəcək.


Geri qayıt