Əsas Səhifə > Avto > Yol polisindən taksilərə XƏBƏRDARLIQ:
Yol polisindən taksilərə XƏBƏRDARLIQ:17-03-2017, 13:45 |
Bakıda ictimai nəqliyyatdan istifadənin asanlaşdırılması və stimullaşdırılması üçün müəyyən küçə və prospektlərdə xüsusi hərəkət zolaqlarının çəkilməsinə başlanılıb. Həmin zolaqlar olan küçələrdən keçən marşrut xətlərinə xidmət edən avtobuslar bu hərəkət zolağına daxil ola bilərlər. Digər nəqliyyat vasitələrinin həmin hərəkət zolağından istifadəsi qadağandır. Ancaq yeni çəkilən zolaqlarda taksi fəaliyyəti ilə məşğul olanların nəqliyyat vasitələri müşahidə edilir. Bəs görəsən taksi fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələrinin yeni çəkilən zolaqda durmasına icazə varmı? Məsələ ilə bağlı Modern.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədovun sözlərinə görə, inkişaf etmiş ölkələrdə ictimai nəqliyyatın hərəkəti ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş sənədlər var. Buna paralel olaraq, taksi fəaliyyəti ilə məşğul olanlar üçün də 70-dən artıq yer təyin edilib. “Bakı Nəqliyyat Agentliyi” tərəfindən taksi fəaliyyəti ilə məşğul olanlar üçün yerlər müəyyənləşdirlib. Taksi fəaliyyəti ilə məşğul olanlarla problemin yaşandığını KİV-lər dən eşidib, bilirik. Taksi fəaliyyəti ilə məşğul olanların dayanma-durma qaydalarını və digər yol hərəkət qaydalarını pozduqları aşkar olunduqda, inzibati qaydada məsuliyyətə cəlb ediləcəklər. Elə taksi sürücüsü var ki, ay ərzində 4-5 dəfə eyni xətanı müxtəlif ərazilərdə törətdiyi üçün məsuliyyətə cəlb olunub. Onlar inzibati xəta törətməkdən yorulmursa, biz də inzibati tənbeh tədbirlərini yorulmadan həyata keçirəcəyik”.
Geri qayıt |