Əsas Səhifə > Avto > Azərbaycanlı taksi sürücüsü turisti Hava limanından
Azərbaycanlı taksi sürücüsü turisti Hava limanından19-06-2017, 13:00 |
Rusiyaya gələn çilili jurnalisti azərbaycanlı taksi sürücüsü aldadıb. Turkustan.info xəbər verir ki, jurnalist Dieqo Saes Miranda Domodedovo hava limanından çıxıb taksi saxlayıb. Otelə çatanda sürücü gedişhaqqı kimi ondan 50 min rubl (1500 AZN) alır. Çilili jurnalist aldandığını başa düşərək polisə müraciət edib. Sürücünün azərbaycanlı olduğu məlum olub. O, jurnalistə pulu qaytararaq üzr istədiyini deyib: “Mən onu aldatmaq istəməmişəm. Gediş haqqı 5 min olduğunu dedim. O, mənə çox verəndə elə başa düşdüm ki, bəxşiş verir”. Geri qayıt |