Əsas Səhifə > Avto > Maşınının nömrəsinə SEX yazan sürücü saxlanıldı

Maşınının nömrəsinə SEX yazan sürücü saxlanıldı


24-07-2017, 18:27

Bakıda avtomobilin nömrə nişanına müdaxilə edən sürücü saxlanılıb.

Avtosfer.az xəbər verir ki, hadisə "Beşmərtəbə” dairəsi yaxınlığında baş verib. Belə ki, idarə etdiyi "BMW” markalı, 99 EX 551 dövlət nömrə nişanlı avtomobilin nömrəsinə müdaxilə edən sürücü Anar Şükürov saxlanılıb. Yol polisləri hesab edib ki, Anar Şükürov avtomobilin nömrəsindəki EX həriflərinin əvvəlinə plamastrla S hərfi artırmaqla nömrənin üzərindəki Azərbaycan bayrağına qarşı hörmətsizlik edib və qayda pozub. Belə ki, o, bu hərəkəti ilə dövlət nömrə nişanına müdaxilə edərək standartdan kənar vəziyyətə gətirib. EX seriyasını "SEX” kimi göstərən sürücü saxlanılaraq, avtomobili cərimə meydançasına salınıb.
 
 
undefined
undefined
undefined
undefined

Geri qayıt