Əsas Səhifə > Avto > Polislə sürücü arasında insident -

Polislə sürücü arasında insident -


28-01-2018, 20:49

Polislə sürücü arasında insident

Bakının mərkəzində yol-hərəkət qaydalarını pozan sürücü ilə polis arasında insident baş verib. 

AzerTaym.az Lent.az-a istinadən xəbər verir ki, Hüseynov Afiq Eldar oğlu adlı sürücü “Mercedes” markalı  02 BL 348 dövlət qeydiyyat nişanlı avtomobillə Ü.Hacıbəyov küçəsi 44-ünvanın qarşısında dayanma qaydasını pozub. Bu səbədən yol polisi inspektoru ona cərimə protokolu yazıb.

Cərimələndiyini görən sürücü səs-küy salaraq protokolun yazılması qarşılığında avtomobilini yandıracağı ilə hədələyib.

Əraziyə post-patrul xidməti əməkdaşları gələndən sonra sürücü sakitləşdirilib və o, fikrindən vaz keçib.


Geri qayıt