Əsas Səhifə > Avto > Ata qızına yenil il hədiyyəsi kimi 350 minlik "Mercedes" aldı

Ata qızına yenil il hədiyyəsi kimi 350 minlik "Mercedes" aldı


25-12-2019, 20:20

Boks üzrə 5 ağırlıq çəkisində keçmiş dünya çempionu Floyd Meyvezer qızına aldığı hədiyyə ilə gündəmə gəlib.

 Məşhur idmançı 19 yaşlı qızı Iyanna-ya bahalı avtomobil alıb. Meyvezer yeniyetmə qızına yeni il hədiyyəsi kimi "Mercedes-Benz G63" avtomobili bağışlayıb.

 Qız avtomobilin şəklini şəxsi Instagram hesabında paylaşaraq atasına təşəkkür edib.

 Qeyd edək ki, sözügedən avtomobilin 2019-cu il buraxılışının Azərbaycanda satış qiyməti 350 min manatdır.(Milli.az)

 

 

 "AzerTaym.az"


Geri qayıt